Rafael Fiziev uduzdu -VİDEO
ABŞ-ın Las-Veqas şəhərində keçirilən “UFC-313” turnirində yüngül çəki dərəcəsində azərbaycanlı idmançı Rafael Fiziyev və amerikalı döyüşçü Castin Geyci üz-üzə gəlib.
90plus.az xəbər verir ki, üç raund davam edən qarşılaşmanın sonunda həmyerlimiz R. Fiziyev hakimlərin qərarı ilə rəqibi C. Geyciyə məğlub olub. ABŞ təmsilçisi ümumi hesabda 29:28 hesabı ilə üstünlük qazanıb.
Qeyd: İlkin olaraq Geyci Yeni Zelandiyalı Den Hukerlə döyüşməli idi. Lakin sonuncu zədə səbəbindən yarışdan imtina edib və Fiziyev qısa müddət ərzində döyüşü qəbul edib.
Xatırlatma: R. Fiziyev 2023-cü ilin mart ayında təşkil olunan "UFC 286" turnirində də C. Geyciyə məğlub olmuşdu.
Fizievin döyüşündən kadrlar:
© Copyright 2026, All Rights Reserved