Rafinya: "Hədəflərimin içində "Qızıl top" yoxdur"
Rafinya "Qızıl top" mükafatına əsas favoritlərdən biri olmasını şərh edib.
90plus.az onun fikirlərini təqdim edir:
"Bu barədə çox fikirləşməməyə çalışıram. Şəxsi hədəflərim var, amma düzünü desəm, "Qızıl top" bu siyahıda yoxdur. Hədəflərim qollar vurmaq, məhsuldar ötürmələr etmək, "Barselona" və milli ilə kuboklar qazanmaqdır.
"Qızıl top"a əsas namizədlərdən biri olmağım mənim üçün artıq qalib gəlməyə bərabərdir. Xüsusən də karyeramda yaşadıqlarımdan sonra. İndi hər növbəti oyunu, hər növbəti məşqi düşünürəm".
Qeyd: Əsas namizədlərdən olan Salah Çempionlar Liqasında çıxışını yekunlaşdırsa da, Vinisius onun əsas rəqibi olaraq qalır.
© Copyright 2026, All Rights Reserved