"RB Leypsiq" Marko Roze ilə yollarını ayırdı
Almaniyanın Bundesliqa komandalarından "RB Leypsiq" baş məşqçisi Marko Roze ilə yollarını ayırdığını açıqladı.
90plus.az xəbər verir ki, 2022-ci ilin sentyabrından bəri komandaya rəhbərlik edən Roze ilə əlaqələrin kəsildiyi bildirildi. 48 yaşlı məşqçi "RB Leypsiq" ilə 2022-2023 Almaniya Kubokunu və 2023-2024 Almaniya Super Kubokunu qazandı.
Hazırda "RB Leypsiq" 27-ci turun sonunda 42 xalla 6-cı sırada yer alır və lider "Bayern Münhen"dən 23 xal geri qalır.
Qeyd: "Liverpul"un keçmiş baş məşqçisi Yürgen Klopp hal-hazırda "Red Bull" qrupunda "qlobal futbol direktoru" olaraq fəaliyyət göstərir.
© Copyright 2026, All Rights Reserved