Rəcəbov yarımfinalda uduzdu, Məmmədyarov finalda
Azərbaycan şahmat çempionatında final mərhələsinə yüksələn bütün iştirakçılar müəyyənləşib.
90plus.az xəbər verir ki, kişilər arasında yarımfinal görüşündə Teymur Rəcəbov və Rauf Məmmədov arasında rapid partiyaları heç-heçə başa çatıb. Həlledici armageddon qarşılaşmasında isə Məmmədov qalib gələrək finala adlayıb.
Qadınlar arasında hər iki yarımfinal oyunu tay-brekə gedib. Günay Məmmədzadə Gülnar Məmmədovanı 1,5:0,5 hesabı ilə məğlub edib. Digər görüşdə Gövhər Beydullayeva eyni hesabla Ülviyyə Fətəliyevadan üstün olub.
Beləliklə, finalda kişilər arasında Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, qadınlar arasında isə Günay Məmmədzadə və Gövhər Beydullayeva üz-üzə gələcək. Üçüncü yer uğrunda isə Misrətdin İskəndərov Teymur Rəcəbovla, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə qarşılaşacaq.
Qeyd: Final və bürünc medal oyunları sabah Landmark Biznes Mərkəzində saat 15:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved