"Real Madrid"in futbolçusu İspaniya millisindən çıxarıldı
"Real Madrid" müdafiəçisi Din Höyssen İspaniyanın Dünya Çempionatının seçmə mərhələ ouyunları üçün yekun heyətindən kənarda qaldı.
90plus.az xəbər verir ki, "Real Madrid"in gənc mərkəz müdafiəçisi Din Höyssen gözlənilmədən İspaniya millisinin Gürcüstan və Türkiyəyə qarşı keçiriləcək həlledici Dünya Çempionatı seçmə oyunları üçün açıqlanan son 23 nəfərlik heyətindən çıxarılıb. Futbolçu ilkin 26 nəfərlik siyahıya daxil olmuş və komanda ilə birlikdə səfərə çıxmışdı.
Müdafiəçinin Tbilisidə start heyətində yer alacağı gözlənilsə də, Luis de la Fuente UEFA qaydalarına uyğun olaraq heyəti ixtisar edərkən onu kənarda qoyub. Höyssen şənbə günü baş tutacaq qarşılaşmanı tribunalardan "Rayo Vallekano"nun futbolçusu Xorxe de Frutos və "Portu"nun hücumçusu Samu Omorodion ilə birgə izləyəcək.
Bu qərar "Barselona"nın gənc müdafiəçisi Pau Kubarsinin Aymerik Laportla müdafiənin mərkəzində tandemi formalaşdırmasına yol açıb. 18 yaşlı futbolçuya daha əvvəl Serxio Ramosun daşıdığı ikonik 15 nömrəli forma həvalə olunub.
Kataloniya klubundan digər yeniliklər də diqqət çəkir: Dani Olmo Laportdan 10 nömrəli formayı geri alıb, Fermin Lopes isə zədəli Lamin Yamala məxsus olan 19 nömrəni miras götürüb.
İspaniya Gürcüstan üzərində qələbə qazandığı, Türkiyənin xal itirəcəyi təqdirdə qrupda birinciliyi və birbaşa vəsiqəni təmin edəcək. Əgər bu baş verməsə, o zaman komandaya çərşənbə axşamı Sevilyada Türkiyə ilə oyunda heç-heçə də kifayət edə bilər.
© Copyright 2026, All Rights Reserved