"Real" Raulla bağlı qərarını verdi
"Real"ın futbolçusu Raul Asensionun gələcək karyerası ilə bağlı yekun qərar verilib.
90plus.az xəbər verir ki, cari mövsümdə Karlo Ançelottinin komandasında baş verən kadr çatışmazlığından yararlanan Asensio qısa müddətdə əsas heyətdə yer almağa nail olub. Buna əsasən, klub rəhbərliyi 22 yaşlı futbolçunun müqaviləsini uzatmaq qərarına gəlib. Onun hazırkı sözləşməsi 2024/25 mövsümünün sonuna qədər qüvvədədir.
Madrid klubu artıq Asensio ilə 2029-cu ilin yayına qədər müqavilə bağlamaq üçün razılıq əldə edib. Yeni anlaşmanın tezliklə rəsmən elan ediləcəyi gözlənilir.
Asensio bu mövsüm 29 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved