"Real"a keçsəydim, Barselonadakından 3 dəfə çox qazanardım"
"Santos"un hücumçusu Neymar vaxtilə "Real"a transfer oluna biləcəyini, ancaq bunu özü istəmədiyini söyləyib.
90plus.az xəbər verir ki, Neymar "Real"a keçsəydim, "Barselona"dakından 3 dəfə çox qazanardım" deyə açıqlama verib:
"Ancaq mən Messi ilə birgə oynamaq istəyirdim. 2012-ci ildə Puşkaş mükafatının təqdimat mərasimi üçün İsveçrəyə getmişdim. Gecə saat 2-də atam zəng vurub, yanıma gələcəyini dedi. O, Xosep Qvardiola ilə gəldi. Mən hətta alt paltarında idim, dərhal şalvarımı geyindim. Qvardiola mənə dedi ki, səni yaxınlarda müqavilə bağlayacağım "Bayern Münhen"ə aparmaq istəyirəm. Əgər orda mövsümə 60 qol vurmasan, komandadan gedəcəksən".
Qeyd: Hazırda Neymarın agenti "Barselona" rəhbərliyi ilə futbolçunu ora qaytarmaq üçün danışıqlar aparır.
© Copyright 2026, All Rights Reserved