Rodri millidən kənarda qaldı
Rodri İspaniya millisindən kənar qaldı – zədələndi.
90plus.az xəbər verir ki, İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri zədə səbəbindən qarşıdakı yığma oyunlarında iştirak etməyəcək.
Məlumata görə, futbolçu bazar günü yaşadığı əzələ problemi üzündən millinin heyətinə qoşulmayacaq. O, özünü daha yaxşı hiss etsə də, risk etməmək qərarına gəlib.
Rodri açıqlamasında bildirib: “Ümid edirəm ki, iki həftə sonra ‘Everton’a qarşı oynamağa hazır olacam.”
Beləliklə, Rodri 11 oktyabrda keçiriləcək DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Gürcüstanla ev oyununu buraxacaq.
Məlumatı futbol jurnalisti Fabrizio Romano yayıb.
© Copyright 2026, All Rights Reserved