Ronaldo bunu edən ilk futbolçu oldu: Tam 22 il
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
90plus.az xəbər verir ki, 40 yaşlı futbolçu ardıcıl 22 il milli komandada qol vuran ilk oyunçu kimi tarixə düşüb.
Millətlər Liqasının 1/4 final mərhələsində Danimarka ilə keçirilən cavab qarşılaşmasında (5:2) Ronaldo bir dəfə fərqlənib.
Turnirin yarımfinalında Portuqaliya yığması Almaniya ilə üz-üzə gələcək. Görüşün 4 və ya 5 iyun tarixində baş tutacağı gözlənilir.
2003-cü ildən etibarən Portuqaliya millisində çıxış edən Ronaldo bu müddət ərzində 217 oyunda meydana çıxıb və bu göstərici ilə rekord sahibidir. Milli komanda ilə 136 dəfə rəqib qapılarına yol tapıb. O, Portuqaliya yığmasının heyətində 2016-cı il Avropa çempionatının və 2018/2019 mövsümündə Millətlər Liqasının qalibi olub.
📰: Instant Foot
© Copyright 2026, All Rights Reserved