Ronaldo DÇ-2026-da oynaya biləcəkmi? AÇIQLAMA
Portuqaliya millisinin və “Al-Nassr” klubunun hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsindən qurtulub.
90plus.az xəbər verir ki, FIFA ona 3 matçlıq cəza versə də, bu oyunlardan ikisi bir illik sınaq müddəti ilə şərti şəkildə ertələnib. Təcrübəli forvard isə 1 matçlıq məcburi cəzasını Ermənistanla (9:1) görüşdə çəkdiyi üçün dünya çempionatının start oyununda meydanda ola biləcək.
Daha ağır – 2-3 oyunluq cəza veriləcəyi gözlənilsə də, qərarın bu formada elan olunması Ronaldonun mundialın ilk matçında iştirakına şərait yaradıb.
Xatırlatma: Ronaldo İrlandiya ilə qarşılaşmada (0:2) rəqib müdafiəçini dirsəyi ilə vurduğu üçün birbaşa qırmızı vərəqə almışdı.
© Copyright 2026, All Rights Reserved