Ronaldo dostunu Perezə məsləhət gördü
"Real Madrid"in keçmiş hücumçusu Kriştiano Ronaldo "kral klubunun" prezidenti Florentino Perezə məsləhət verib.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz Perezə "Mançester Yunayted"in hücum yönümlü yarımmüdafiəçisi Brunu Fernandeşi transfer etməyi tövsiyə edib. Ronaldo ilə Fernandeş Portuqaliya milli komandasının heyətində birgə çıxış edirlər. "Qırmızı şeytanlar" 30 yaşlı futbolçunu satmaq fikrində olmasalar da, ona 90 milyon avro qiymət qoyublar. Məlumata əsasən, Fernandeş Karlo Ançelottinin rəhbərlik etdiyi "Real Madrid"də çıxış etmək üçün gərəkli keyfiyyətlərə sahibdir.
Xatırlatma: Fernandeş cari mövsümdə bütün yarışlar üzrə 47 oyunda meydana çıxıb, 16 dəfə rəqib qapısına yol tapıb və 18 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" platformasının bildirdiyinə görə, futbolçunun indiki bazar dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved