Ronaldo "Real"la dünya çempionu ola bilər
"Əl Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu yenidən "Real Madrid"ə qayıda bilər.
90plus.az xəbər verir ki, Madrid klubu 40 yaşlı futbolçunu bu ilin yayında baş tutacaq klublararası dünya çempionatında iştirak etməsi üçün icarəyə götürə bilər. Bu halda Ronaldu karyerasında ilk dəfə dünya çempionu olmaq fürsəti əldə edəcək.
2024/25 mövsümündə portuqaliyalı ulduz klub səviyyəsində 33 matçda meydana çıxıb, 28 dəfə rəqib qapısına yol tapıb və 4 məhsuldar ötürmə verib.
Xatırlatma: Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved