Ronaldonun mesajları ifşa olundu: "Bunu bir daha etmə"
Kassano Ronaldonun ona mesaj atdığını bildirdi.
90plus.az xəbər verir ki, Kassano açıqlamasında "Telefonumda 0034 ön koduna sahib bir nömrə gördüm. 0034 İspaniyaya aiddir. Daha sonra Kriştiano Ronaldonun bütün statistikasının olduğu bir siyahı gördüm" dedi və mesajda yazılanları paylaşdı. Ronaldonun mesajı:
"Bunu yenidən etməyinə ehtiyac yoxdur. Sadəcə 150 qol vurdun, sadəcə dörd çempionluq qazandın."
Kassanonun cavabı: "Hörmətli Kriştiano Ronaldo, məni dinlə: problemin nə olduğunu bilirsənmi? Sənə hörmət etmədim, çünki səni oyunçu olaraq sevmədim."
Kriştiano Ronaldonun bacısı Elma Aveiro isə bu yaxınlarda Kassanoya qarşı çıxış etmişdi. Aveiro açıqlamasında "Bu yazıq adamı (Kassano) tanımıram və vecimə də deyil. Amma ona sadəcə bunu deyəcəm: "Əgər Kriştiano oynamayı bilmirsə və 900 qol vurubsa, oynamayı bildiyini təsəvvür edin'" demişdi.
© Copyright 2026, All Rights Reserved