DÇ-2026: Ronaldosuz Portuqaliya Ermənistana 9 qol vurdu
90plus.az xəbər verir ki, Dünya çempionatının Avropa zonası F qrupu 6-cı tur matçında Portuqaliya, Ermənistan yığmasını qəbul edib və 9:1 hesablı qələbə qazandı. Qarşılaşma Draqao Stadionunda keçirilib.
Qeyd: Kristiano Ronaldo qırmızı kart cəzası səbəbindən bu matçda iştirak etməyib.
Bu qələbədən sonra Portuqaliya 13 xalla F qrupunu lider bitirərək birbaşa Dünya Kubokuna vəsiqə qazanıb. Ermənistan isə qrup mərhələsini 3 xalla başa vurub.
Maraqlı məqam: Portuqaliyanın mundiala vəsiqə qazanması o deməkdir ki, Lionel Messi və Kriştiano Ronaldo — zədə və seçimdə problem çıxmazsa — 2026 Dünya Kubokunda iştirak edəcəklər.
© Copyright 2026, All Rights Reserved