Rəqib məşqçisi: "Qarabağ" güclü komandadır"
"Bu gün qələbəyə layiq idik".
90plus.az xəbər verir ki, bunu “Malmö” klubunun baş məşqçisi Henrik Ridström Avropa Liqasının Liqa yolunda “Qarabağ” la oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, qarşılaşma gərgin mübarizə şəraitində keçib. Ridström komandasının 2:1 hesablı qələbəsini şərh edib:
"Dünən də demişdim ki, çətin oyun olacaq. Həqiqətən də, belə oldu. "Qarabağ" güclü komandadır. Elə anlar oldu ki, biz çox çətinlik çəkdik. Ancaq biz bu oyun yaxşı müdafiə olunduq, topla ehtiyatlı hərəkət etdik. Ümumilikdə komandamın oyunundan razıyam. Fikrimcə, biz qələbəyə layiq idik".
- "Malmö"dəki təcrübəli futbolçuların oyuna təsiri.
- Həm bəli, həm xeyr. Çünki biz məcburən bəzi dəyişikliklərə getdik. Bizim çox təcrübəli oyunçularının var ki, bu oyunda yaxşı oynadılar. İstənilən halda biz yeni bir təcrübə qazanmış olduq.
- İkinci hissədə mərkəz müdafiəçisinin əsəbləşməsi ilə bağlı.
- O, oyunda daha çox müdafiəçi istəyirdi. Mən isə hücumameylli oyunun tərəfdarı idim. Səbəb bu idi.
© Copyright 2026, All Rights Reserved