RƏSMİ! “Ayaks” azarkeşlərin bilet pulunu qaytardı
Rəsmi!!! Ayaks 1200 "Qroningen" azarkeşinin bilet pulunu geri qaytarıb.
90plus.az xəbər verir ki, Niderland futbolunda gərgin anlar yaşanıb. “Ayaks” və “Qroningen” komandaları arasındakı qarşılaşma yalnız 6 dəqiqə davam etdikdən sonra dayandırılıb. Səbəb stadionda partladılan atəşfəşanlıqlar olub.
Ayaks azarkeşləri “Yohan Kroyff Arenası”nı demək olar ki, “alovlandırıblar”. Hadisənin əsas səbəbi isə bu ayın əvvəlində vəfat edən “Huliganlar” qrupunun tanınmış üzvü Tumu anmaq üçün tribunalarda təşkil edilən nümayiş olub.
VİDEO: https://t.me/doxsanplus/111590
Rəsmi açıqlamada Ayaks klubundan bildirilib:
“Bu axşam stadionda yaşananlar tam bir skandaldır! Bu vəziyyətdən təsirlənən hər kəsdən üzr istəyirik. Azarkeşlərin və futbolçuların təhlükəsizliyi ciddi şəkildə risk altına düşüb. Stadionda atəşfəşanlığa qətiyyən yer yoxdur. Məsul şəxslərin müəyyənləşdirilməsi üçün kamera görüntülərini araşdıracağıq”.
Beləcə, klub qarşılaşmaya bilet alan 1,200 Qroningen azarkeşinin bilet pulunu geri qaytarıb.
© Copyright 2026, All Rights Reserved