Rüstəm Məmmədovdan qızıl medal
Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda baş tutan Balkan çempionatının qalibi olub.
90plus.az xəbər verir ki, Rüstəm üçtəkanla tullanmada 16.30 metr göstərici ilə bütün rəqiblərini ötüb-keçib.
Sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qızıl medalını almışdı.
Qeyd: Azərbaycanı turnirdə 6 idmançı təmsil edir.
📰: Azərbaycan Atletika Federasiyası
© Copyright 2026, All Rights Reserved