Ruzanna Məmmədova Avropa çempionu oldu!
İtaliyada keçirilən U-20 Avropa çempionatında qadın güləşçilərimizdən növbəti uğur — Ruzanna Məmmədova Avropa çempionu oldu!
90plus.az xəbər verir ki, Kaorle şəhərində təşkil olunan U-20 Avropa çempionatında qadın güləşçilərimiz yarışa möhtəşəm yekun vurublar. Turnirin beşinci günündə qadın güləşi üzrə qarşılaşmalara yekun çatdırılıb.
62 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova finalda Almaniya təmsilçisi Leoni Steyqertlə üz-üzə gəlib. Gərgin və əzmkar mübarizə şəraitində keçən görüşdə Ruzanna rəqibini 4:3 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu adını qazanıb.
Digər təmsilçimiz Zəhra Kərimzadə (72 kq) isə təsəlliverici görüşdə Xorvatiya güləşçisi Veronika Vilkə qarşı döyüşüb və bu qarşılaşmada 2:8 hesabı ilə uduzub.
Beləliklə, qadın yığmamız Avropa çempionatını ümumilikdə 2 qızıl medalla başa vurub.
Qeyd: Bundan öncə Günay Qurbanova (59 kq) da finalda qələbə qazanaraq Avropa çempionu adına layiq görülmüşdü.
© Copyright 2026, All Rights Reserved