"Sabah" 3-cü təsnifat mərhələsinə yüksəldi
Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.
90plus.az xəbər verir ki, "Sabah” komandası “Petrokub”la üz-üzə gəlib.
İlk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan kubokunun qalibi bu dəfə Moldovanın təmsilçisini Bakıda qəbul edib. Valdas Dombrauskasın çalışdırdığı komanda 4:1 hesablı inamlı qələbə ilə növbəti mərhələyə adlayıb.
“Sabah” Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) duelinin məğlub olan tərəfi ilə qarşılaşacaq.
Sabah 4-1 Petrokub
Ümumi hesab: 6:1
Mikels 22' 27' 44'
Solvet 42' (öz qapısına)
Şafranko 45+1'
Qollar:
https://t.me/doxsanplus/105710
https://t.me/doxsanplus/105711
https://t.me/doxsanplus/105714
© Copyright 2026, All Rights Reserved