“Sabah – Petrokub”: Satılan bilet sayı bilinib
“Sabah” – “Petrokub” oyunu üçün bilet satışlarında artım — artıq 3000 bilet satılıb.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Petrokub” matçına azarkeş marağı artır. Klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşmaya indiyədək 3000 bilet satılıb.
Qeyd: Bakı təmsilçisi ilk oyunda Moldovada rəqibini 2:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlmək baxımından ciddi üstünlük əldə edib.
Cavab qarşılaşması iyulun 31-də, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.
© Copyright 2026, All Rights Reserved