“Sabah” səfərdə “Petrokub”u uddu!
“Sabah” səfərdə inamlı qələbə qazandı – növbəti mərhələyə bir addım qalıb.
90plus.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda əla nəticəyə imza atıb. Valdas Dambrauskasın komandası Moldovanın “Petrokub” klubu ilə səfərdə qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.
Petrokub 0-2 Sabah
Şafranko 82'
Parris 89'
Qollar:
https://t.me/doxsanplus/105477
https://t.me/doxsanplus/105478
Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüşdə Bakı təmsilçisinin qələbə qolları matçın sonlarına doğru gəlib. Hesabı 82-ci dəqiqədə komandanın slovaqlı hücumçusu Pavol Şafranko açıb. Uzatma dəqiqələrində isə Kahim Parris son nöqtəni qoyaraq komandasına vacib üstünlük qazandırıb.
Görüşü İsraildən olan hakimlər briqadası – Qal Leiboviçin başçılığı ilə Omer Barbiro, Yossi Babayoff və Dekel Zino idarə edib.
Bu nəticə ilə “Sabah” cavab oyunu öncəsi ciddi üstünlük əldə edib.
Qeyd: Komandalar arasındakı ikinci matç 31 iyul tarixində “Bank Respublika Arena”da keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
Cütün qalibi Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya) duelində uduzan komanda ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved