"Sabah"da yeni iki müqavilə
"Sabah" basketbol klubunun məşqçi heyətində dəyişiklik baş verib. Klub iki yeni mütəxəssislə müqavilə bağlayıb.
90plus.az xəbər verir ki, serbiyalı təcrübəli məşqçi Aleksandar Trifunoviç "Sabah"ın yeni məşqçilər korpusuna daxil olub. O, daha əvvəl "Srvena Zvezda", "Jalgiris" və "Ritas" kimi tanınmış klublarda çalışıb. 2022-ci ildə isə qısa müddət Azərbaycan milli komandasına rəhbərlik edib. Trifunoviçlə 1 illik müqavilə imzalanıb.
Bundan başqa, Litvadan olan köməkçi məşqçi Mindauqas Janiska ilə də bir illik razılaşma əldə olunub.
© Copyright 2026, All Rights Reserved