"Sabah"ın baş məşqçisi: "Ən yaxşı oynumuzu oynamalıyıq"
"Sabah" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab görüşündə "Petrokub"u qəbul edəcək.
90plus.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dombrauskas matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib:
İlk oyunda qalib gəlsək də, hələ heç nə tamamlanmayıb. Rəqibə yuxarıdan aşağı baxmaq doğru olmaz. Yaxşı bərpa olunma prosesi keçdik və sonrakı 3 gün ərzində yaxşı məşq etdik. Səfərdəki matçda rastlaşdığımız çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ən yaxşı oyunumuza çıxmalıyıq. Avrokubok matçlarında rəqibə hörmət göstərmək vacibdir. Biz də əlimizdən gələni edəcəyik.
Nəticə yaxşı olsa da, bəzi məqamları düzəltməli və daha da inkişaf etməliyik. Həm hücum, həm də müdafiə bizim üçün eyni dərəcədə önəmlidir. Bəli, qol buraxmadıq, amma bəzi oyunlarda qapımızı toxunulmaz saxlamağı bacarmaya bilərik. Ona görə də daha çox qol vurmağa çalışmalıyıq.
Qeyd: "Sabah" – "Petrokub" qarşılaşması sabah saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq. Moldovadakı ilk görüşdə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gəlib.
© Copyright 2026, All Rights Reserved