“Sabah”ın baş məşqçisi: “Riskə gedəcəyik”
Valdas Dambrauskas “Levski” ilə oyundan öncə iddialı danışdı.
90plus.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Levski”yə qarşı keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
Matçdan öncə mətbuat konfransı keçirən litvalı mütəxəssis komandanın heyətində sağlamlıq problemi olmadığını bildirib:
“Sofiyada çətin oyun keçirdik, futbolçuların əzələlərində müəyyən gərginlik və yorğunluq hiss olunur. Bu, normal haldır. Amma indi hamı məşqlərdə maksimum çalışır və sabahkı oyuna hazırdır. Komandada hər kəs sağlamdır və istədiyimiz heyətlə meydana çıxa biləcəyik.”
Rəqib haqda danışan Dambrauskas oyunun çətin keçəcəyini vurğulayıb:
“İnanıram ki, seçəcəyimiz oyun üslubu bizə qələbə gətirəcək. Amma “Levski” çox yaxşı müdafiə olunur, indiyədək qapısında birdən çox qol görməyib. Onlar həmişə müdafiə gücü ilə seçiliblər. Bilirsiniz ki, bu oyunda heç-heçə bizi qane etmir. Riskə gedəcəyik, hücum futbolu oynayaraq hesabı öz xeyrimizə dəyişməyə çalışacağıq.”
Qeyd: “Sabah” – “Levski” qarşılaşması avqustun 14-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda Masazır təmsilçisi səfərdə 0:1 hesabı ilə uduzub.
© Copyright 2026, All Rights Reserved