“Sabah”ın rəqib çalıçdırıcısı: “Biz oyuna hücumdan başlayırıq”
“Levski” baş məşqçisi: “Artıq diqqətimiz ‘Sabah’la oyundadır”.
90plus.az xəbər verir ki, “Levski”nin (Sofiya) baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
43 yaşlı ispaniyalı mütəxəssis bu barədə Bolqarıstan çempionatında “Slaviya” üzərində 2:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında danışıb.
Velaskes deyib: “Artıq diqqətim cümə axşamı keçiriləcək ‘Sabah’la oyundadır. Avrokuboklarda mübarizə bizim üçün çox önəmlidir. Komandamın həm xarakterindən, həm də ruhundan razıyam. Möhtəşəm azarkeşlərimizin qarşısında oynamaq böyük motivasiyadır.”
“Levski” bu qələbə ilə Bolqarıstan çempionatında liderliyə yüksəlib — 3 oyuna maksimum 9 xal.
Velaskes ötən həftə Avropa Liqasında “Braqa”ya qarşı keçirilən matçla müqayisədə “Slaviya” qarşısında heyətdə 8 dəyişiklikə baxmayaraq, komandasının inamlı oyun sərgilədiyini vurğulayıb.
🔍 “Biz müdafiədən oyuna başlayan komanda deyilik, əksinə, hücumdan başlayırıq. Hücum futbolu göstərməyə çalışırıq, amma bu, müdafiədə məsuliyyət hissini heç vaxt aradan qaldırmır”, – deyə Velaskes əlavə edib.
Qeyd: Levski” ilə “Sabah” arasında ilk oyun 7 avqustda Sofiyada, cavab qarşılaşması isə 14 avqustda Bakıda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved