Sabiq "Fənərbağça"lının komandası liqadan düşdü
"Fənərbağça"nın keçmiş futbolçusu Dirk Kaytın çalışdırdığı Belçika klubu "Bişrot"un liqadan düşməsi təsdiqləndi.
90plus.az xəbər verir ki, futbolçu karyerasında "Fənərbağça", "Liverpul" və "Feyenoord"da da oynayan Dirk Kaytın baş məşqçilik karyerası gözlədiyi kimi getmir.
Belçikanın "Bişrot" komandasını çalışdıran Kaytın tələbələri Belçika "Jupiler Pro Liqa"sında normal mövsümü 18 xal ilə 16-cı və sonuncu olaraq tamamladı.
AŞAĞI LİQAYA DÜŞMƏSİ RİYAZİ OLARAQ DƏQİQLƏŞİB
Son 4 yerdə olan komandaların mübarizə apardığı "Aşağı liqaya düşmə Pley-off qrupu"ndakı ilk oyununda "Sent-Truiden"-ə 1-0 məğlub olan "Bişrot", "Kortrayk" və "Serkl Brüj" matçının 2-2 bərabərə bitməsi ilə liqadan düşməsi riyazi olaraq dəqiqləşib.
© Copyright 2026, All Rights Reserved