Sabiq "Qalatasaray"lı məşqçi futbola geri dönür - Özü də bu milliyə
Çezare Prandelli İtaliya millisinə geri dönür.
90plus.az xəbər verir ki, 2014-cü ildə iyul və noyabr ayları arasında "Qalatasaray"da çalışmış İtalyan məşqçi Çezare Prandelli futbola geri dönür. Son olaraq 2020/2021 mövsümündə "Fiorentina"da fəaliyyət göstərən təcrübəli mütəxəssis, mart 2021-ci ildən bəri futboldan kənarda qalmağı seçmişdi. İtalyan mətbuatında yayılan xəbərlərə görə, Çezare Prandelli İtaliya milli komandasının yeni baş məşqçisi olmaq üçün hazırlaşır. Rəsmi açıqlamanın federasiya seçkilərindən sonra edilməsi gözlənilir.
Qeyd: Prandelli 2010-cu ildən 2014-cü ilə qədər "Azzurri"ni çalışdırmış və 2012-ci ildə Avropa Çempionatında komandası ilə finala çıxmağı bacarmışdır. Finalda İtaliya İspaniyaya məğlub olsa da, bu, Prandelli üçün böyük bir uğur sayılmışdır.
© Copyright 2026, All Rights Reserved