Sadettin Saran izlədi, “Fənərbağça” udub lider oldu
Prokurorluqda ifadə verdikdən sonra qarşılaşmanı izləmək üçün Atatürk Olimpiya Stadionuna gələn Sadettin Sarana “Fənərbağça” azarkeşləri böyük dəstək göstərdi!
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 17-ci turunda "Sarı-göylər" vacib qələbə qazanıb lider oldu:
Eyüpspor 0 - 3 Fənərbağça
Talişka 27’
M. Asensio 34’
C. Duran 75’
Qollar: https://t.me/doxsanplus/112610
Klubun prezidenti Sadettin Saran da stadiondan oyunu izləyib. Ona qarşı "narkotik maddələrlə təmin etmək və narkotik maddələrin istifadəsinə imkan yaratmaq"la bağlı ittiham irəli sürülüb.
Milandan xüsusi təyyarə ilə gecə saatlarında Atatürk Hava Limanına enən S.Saranı orada çoxsaylı tərəfdarı qarşılayıb.
Dəstək üçün azarkeşlərə minnətdarlıq edən klub prezidenti səhər saatlarında İstanbul Prokurorluğuna gedərək, ifadə verib.
© Copyright 2026, All Rights Reserved