Şahmat üzrə Azərbaycan çempionu bilindi
Bu gün şahmat üzrə Azərbaycan çempionatı yekunlaşdı, qaliblər mükafatlarını aldı.
90plus.az xəbər verir ki, kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovdan üatün olaraq karyerasında 6-cı dəfə Azərbaycan çempionu adını qazandı.
Çempion Raufun təəssüratları: "Şokdayam, çünki tarixi Azərbaycan çempionatında qələbə qazanmaq çətin idi. Mənim üçün inanılmaz nəticədir. Çempionluğu ötən il rəhmətə gedən atama həsr etmək istəyirəm. Çünki onun dünyadan köçməsinin bir ili tamam oldu. Həmişə Azərbaycan çempionatında iştirak etməyimi istəyirdi".
Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram. Ardıcıl 6 oyunda qələbə qazandım. 15 ilə yaxındır həyatımda belə uğurlu ardıcıllıq olmamışdı. Bu, çox çətindir. Öz nəticəmi gözəl qiymətləndirirəm. Bəzən birinci yeri tutursan, amma nəticədən razı qalmırsan".
Çempion Günayın təəssüratları: "Çempionat çox maraqlı keçdi. İlk dəfə idi, belə formatda oynayırdıq. Uduzan çempionatı tərk edirdi. Hər bir şahmatçı ən yaxşı oyununu göstərməyə çalışdı. Mənim üçün də kifayət qədər maraqlı və çətin oldu. Hər oyun digərindən maraqlı idi. Xüsusən də tay-breklər. Şadam ki, çempionatı qələbə ilə başa vurdum".
Qeyd: Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.
© Copyright 2026, All Rights Reserved