Samet Akaydın: “Şortunu sahibinə qaytardım”
AVRO-2024-ün F qrupunun ilk oyununda Türkiyə millisi Gürcüstanı 3:1 hesabı ilə məğlub edərək qrupa 3 xalla başlayıb.
90plus.az xəbər verir ki, “Signal-İduna Park”da keçirilən matçda kritik müdaxilələri ilə alqış qazanan və son anda qapı xəttinin üstündən topu çıxaran təcrübəli müdafiəçi Samet Akaydın ikinci hissədə komanda yoldaşı Abdülkerim Bardakcının şortikini geyinib.
Qələbədən sonra sosial media hesabında paylaşım edən Samet belə yazıb:
“Narahat olanlar üçün şortikləri sahibinə qaytardım”.
Onun bu paylaşımı çoxlu bəyənmə yığıb. FOTO
© Copyright 2026, All Rights Reserved