Samuel Eto’odan Abubakara qərəzli hərəkət
'Samuel Eto’o – Vinsent Abubakar' qalmaqalı Kamerun millisində gərginlik yaradıb.
90plus.az xəbər verir ki, İngiltərənin “The Sun” nəşrinin yaydığı xəbərə görə, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’o “Neftçi”nin hücumçusu Vinsent Abubakarın Afrika Millətlər Kuboku (AFCON) üçün milli komandanın heyətindən kənarda qalmasında rol oynamaqda ittiham olunur.
Mənbənin iddiasına əsasən, turnir ərəfəsində Abubakarın milliyə çağırılmaması sırf idman prinsipləri ilə bağlı olmayıb. Bildirilir ki, Samuel Eto’o bu qərarın verilməsinə dolayı və ya birbaşa təsir göstərib.
Xəbərdə vurğulanır ki, mümkün səbəblərdən biri Abubakarın Eto’onun milli komandadakı şəxsi rekordlarını üstələmək ehtimalıdır. Hazırda Vinsent Abubakar Kamerun millisində 117 oyunda 45 qolla fərqlənib. Samuel Eto’o isə milli komandadakı karyerasını 118 matçda 56 qolla başa vurub.
Eto’o uzun illər qoruduğu bombardirlik rekordunun təhlükə altına düşməsindən ehtiyat edə bilərdi. Lakin bu iddialar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Qeyd: Kamerun Futbol Federasiyası və Samuel Eto’o mövzu ilə bağlı hələ açıqlama verməyib. Vinsent Abubakarın AFCON heyətindən kənarda qalması isə Kamerun futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved