“Şaxtyor Donetsk”dən tarixi qələbə – Arda Turan əla davam edir
Ukrayna Premyer Liqasının növbəti turunda Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” doğma meydanda “SK Poltava”nı 7:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə Donetsk təmsilçisi həm liderliyini qoruyub, həm də ən yaxın izləyicisi ilə xal fərqini dördə yüksəldib.
90plus.az xəbər verir ki, görüşə sürətli başlayan “Şaxtyor Donetsk” 3-cü dəqiqədə Marlon Qomesin qolu ilə hesabı açıb. 17-ci dəqiqədə Pedrinyonun penaltidən vurduğu qol fərqi iki topa çatdırıb. Qonaq komanda 53-cü dəqiqədə Denis Qalenkov vasitəsilə fərqi azaltsa da, bundan sonra meydanda tam üstünlük ev sahiblərinə məxsus olub.
Arda Turanın komandası 57-ci dəqiqədə Eguinaldo, 60-cı dəqiqədə Oçeretko, 82-ci dəqiqədə Nyuerton, 90-cı dəqiqədə Konopliya və 90+3-cü dəqiqədə rəqib futbolçu Pidlepiçin avtoqolu ilə tarixi hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Şaxtyor Donetsk” xallarını 27-yə yüksəldərək turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib. Komandanın ən yaxın izləyicisi “Polessya” ilə xal fərqi dördə çatıb.
© Copyright 2026, All Rights Reserved