"Seltik" azarkeşləri fələstinlilərə dəstək verdi
"Seltik" azarkeşləri fələstinlilərə dəstəyinə davam edirlər.
90plus.az xəbər verir ki, Şotlandiya komandası "Seltik"in azarkeşləri, UEFA Çempionlar Liqasında komandalarının "Borussia Dortmund"a qarşı səfərdə keçirdiyi oyunda İsrailin Fələstin və Livana hücumlarına etiraz edib.
TRİBUNADA FƏLƏSTİN BAYRAQLARI AÇILDI
Ev oyunlarında stadionları, xüsusən də "Seltik Park"ı Fələstinə dəstəyin mərkəzinə çevirən azarkeşlər, "Borussia Dortmund" səfərində də İsraili etirazla qarşılayıb. "Seltik", oyunda Nuri Şahinin baş məşqçilik etdiyi "Borussia Dortmund"a 7-1 məğlub olsa da, Şotland azarkeşləri həm komandalarına dəstək göstərib, həm də tribunada Fələstin bayraqları açaraq İsraili protest edib.
Daha əvvəl Qəzzaya dəstək verdiklərinə görə UEFA tərəfindən cəzalandırılan "Seltik" azarkeşləri, geri addım atmadan qətiyyətlə dəstəklərini davam etdirir. Azarkeşlər bundan əvvəl, UEFA Çempionlar Liqasında komandalarının evdə "Slovan Bratislava" ilə keçirdiyi ilk oyunda da tribunada coşğulu şəkildə Fələstinə dəstək vermişdilər. "Yaşıl Briqada" (Green Brigade) adlı azarkeş qrupuna üzv olan "Seltik" tərəfdarları, oyun zamanı tribunada “Sizə zülm edə bilərlər, sizi həbs edə bilərlər, amma cəsarətinizi heç vaxt qıra bilməzlər. Qəzza, Cenin, Tulkarm, Nablus, heç vaxt tək getməyəcəksiniz.” yazılmış pankart nümayiş etdirmişdi.
© Copyright 2026, All Rights Reserved