Serxio Ramos Avropaya qayıtmaq istəyir
Serxio Ramos 2026 Dünya Çempionatında oynamaq üçün Avropaya dönmək istəyir.
90plus.az xəbər verir ki, ispan müdafiəçi Serxio Ramos milli komanda karyerasını bərpa etmək məqsədilə yenidən Avropaya qayıtmağı planlaşdırır. 39 yaşlı futbolçunun hədəfi 2026-cı ildə keçiriləcək Dünya Çempionatında İspaniya yığmasının heyətində yer almaqdır.
Təcrübəli müdafiəçi hazırda çıxış etdiyi Meksika klubu “Monterrey”dən ayrılmağa hazırlaşır. Ramosun planı yanvar ayında Avropada yeni komanda tapmaqdır. Onun üçün əsas istiqamətlər İspaniya və ya qitənin digər aparıcı liqalarıdır.
Məlumata görə, ailəsi də Pireney yarımadasına qayıtmaq istəyir və bu, futbolçunun qərarında mühüm rol oynayır.
ℹ️ El Chiringuito
© Copyright 2026, All Rights Reserved