4 ardıcıl məğlubiyyət sonun başlanğıcı oldu
İspaniyanın "Sevilya" klubunda baş məşqçi Xavyer Qarsiya Pimyenta ilə yollar ayrılıb.
90plus.az xəbər verir ki, İspaniya La Liqasında son 4 oyunda ardıcıl məğlubiyyət alan klub son olaraq ötən cümə günü "Valensiya"ya 0:1 hesabı ilə uduzduqdan sonra qərarını verib.
"Sevilya"nın rəsmi saytında yayımlanan açıqlamada 50 yaşlı mütəxəssislə yolların ayrıldığı bildirilib:
“Qarsiya Pimyentaya son aylardakı əməyi və peşəkarlığı üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq” – deyə klub rəhbərliyi bəyan edib.
Xavyer Qarsiya Pimyenta ötən ilin iyul ayında "Sevilya" ilə 3 illik müqavilə imzalamışdı. Onun rəhbərliyi altında komanda 34 rəsmi oyunda meydana çıxaraq 11 qələbə, 9 heç-heçə və 14 məğlubiyyət alıb.
Hazırda La Liqa turnir cədvəlində 36 xalla 13-cü pillədə qərarlaşan "Sevilya"nın düşmə zonasına olan fərqi cəmi 7 xaldır.
© Copyright 2026, All Rights Reserved