Slovakiyalı futbolçu milli karyerasını başa vurdu
Slovakiya millisinin yarımmüdafiəçisi Yuray Kuçka yığma komandadakı karyerasını başa çatdırıb.
90plus.az xəbər verir ki, 38 yaşlı futbolçu milli komandadan ayrılmaq qərarına gəlib.
Bu barədə oyunçunun özü məlumat verib. O bildirib:
"Keçdiyim yoldan razıyam. Millidəki debüt matçımı heç vaxt unutmaram. Bu, mənim üçün böyük təcrübə oldu.
Yığmada 16 il oynadım. Hər zaman yalnız yaxşı anlar olmur, çətinliklər də yaşanır. Ancaq yaddaşımda qalacaq dəyərli xatirələrim var."
Kuçka milli komandada 112 oyunda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə verib. Hazırda o, "Slovan" klubunun formasını geyinir.
© Copyright 2026, All Rights Reserved