Soboslay macar xalqından üzr istədi
Macarıstan yığmasının kapitanı Dominik Soboslay 2026 Dünya Çempionatına vəsiqə şansının əldən çıxmasından sonra ilk açıqlamasını verib və emosional paylaşımı ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, ulduz futbolçunun fikirlərini bölüşməsi ölkə mətbuatında əsas müzakirə mövzusuna çevrilib.
Budapeştdəki “Puşkaş Arena”da baş tutan həlledici qarşılaşmada Macarıstan İrlandiya Respublikasına 2:3 hesabı ilə uduzaraq mundiala vəsiqəni əldən verib. Qrupun taleyini müəyyən edən matçda meydan sahiblərinə heç-heçə də kifayət edirdi, lakin irlandiyalıların hücumçusu Troy Parrott 96-cı dəqiqədə vurduğu qol ilə het-trikini tamamlayıb və komandasına növbəti mərhələni təmin edib.
Matçdan sonra Soboslay “Instagram” hesabında yazıb:
“Ağrıdır. Ona görə ağrıdır ki, biz bunu çox istəyirdik! Təkcə özümüz üçün yox, sizin üçün də… Hər zaman yanımızda olan, bizi dünyanın sonuna qədər izləyəcək sizlər üçün.
Kapitan olaraq bu dəfə bacarmadığım üçün üzr istəyirəm… Futbolçularımız, heyətimiz və məşqçilərimizlə qürur duyuram. Macar olmağı sevirəm, həyat məni sınağa çəksə belə.
Bir gün hər şey yerinə düşəcək. Dünya Çempionatını sizə və özümüzə borcluyuq. İş artıq yenidən başlayıb.”
Bu məğlubiyyət Macarıstanın Dünya Çempionatına həsrətini bir qədər də uzadıb. Komanda son dəfə mundialda 1986-cı ildə iştirak etmişdi.
© Copyright 2026, All Rights Reserved