Avro-2024: Spaletti rekord qırıb
İtaliya millisinin çalışdırıcısı Luçano Spaletti 65 yaş 100 günlüyündə İtaliya millisinin Avropa çempionatları tarixində ən yaşlı məşqçisi olub.
90plus.az xəbər verir ki, Spaletti Avro-2024-ün qrup mərhələsinin ilk turunda Albaniyanı 2:1 hesabı ilə məğlub etdiyi matçda bu rekordu qırıb.
Rekord ondan əvvəl Avro-2004-də 65 yaş 97 günlüyündə İtaliya millisini matça çıxaran Covanni Trapattoniyə məxsus idi.
Qeyd: İyunun 20-də Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda İtaliya İspaniya ilə üz-üzə gələcək.
ƏLAVƏ: Luçano: “Fərddən asılı komandanı sevmirəm”: https://www.90plus.az/lucano-frddn-asl-komandan-sevmirm/xeber/
© Copyright 2026, All Rights Reserved