Sərbəst güləş millimiz Avropa çempionu oldu!
Sərbəst güləş millimiz Slovakiyanın Bratislava şəhərində Avropa çempionu olub.
90plus.az xəbər verir ki, 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Xetaq Qazyumovun baş məşqçi olduğu sərbəst güləş üzrə millimiz 119 xalla komanda hesabında Avropa çempionu olub.
Gürcüstan ikinci, Türkiyə isə üçüncü yeri tutub.
Bununla da sərbəst güləşdə Avropa çempionluqlarımızın sayı 5-ə çatıb. Buna qədər 2009, 2017, 2022 və 2023-cü illərdə də sərbəst güləş yığmamız qitənin ən güclü komandası ünvanına sahib çıxıb.
Xatırlatma: Təmsilçilərimizdən Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıb.
© Copyright 2026, All Rights Reserved