Tanınmış xanım güləşçimiz karyerasına nöqtə qoydu
Elis Manolova güləş karyerasına nöqtə qoydu – məşqçiliyə keçir!
90plus.az xəbər verir ki, Azərbaycan qadın güləşi tarixində iz qoymuş idmançılardan biri olan Elis Manolova peşəkar karyerasını başa vurub. Bu barədə məlumatı Azərbaycan Güləş Federasiyası yayıb.
29 yaşlı idmançı qərarını uzun illər davam edən zədələrlə əlaqələndirib:
“O qədər yarış və medal olub ki, geriyə baxanda duyğulanmamaq mümkün deyil. Daha bir olimpiya tsiklinə qatılmaq istərdim, amma zədələr buna imkan vermir. Topladığım təcrübəni indi məşqçi kimi bölüşmək istəyirəm. Azərbaycanı ikinci evim sayıram. Burada gözəl xatirələrim var və hər zaman dəstəyiniz üçün minnətdaram.”
Elis Manolova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi, 2019-cu ildə isə Avropa çempionu və dünya çempionatının bürünc medalçısı olub. Ümumilikdə, o, böyüklər arasında keçirilən qitə çempionatlarında 5 medal qazanıb – 1 qızıl, 3 gümüş, 1 bürünc.
Azərbaycan Güləş Federasiyası Elisə milli güləşə verdiyi töhfəyə görə təşəkkür edib və məşqçilik karyerasında uğurlar arzulayıb.
© Copyright 2026, All Rights Reserved