Təbriz komandası liderliyi əldən vermədi
Lider “Traktor Təbriz” 2-ci yerdə gedən "Sepahan”la heç-heçə edərək xallarının sayını 45-ə yüksəltdi!
1. Traktor Təbriz - 45 xal;
2. Sepahan - 44 xal;
3. Persepolis - 38 xal.
90plus.az xəbər verir ki, İran çempionatının 21-ci turunda Səhənd stadionunda liderlik üçün vacib qarşılaşmada Cənubi Azərbaycan təmsilçisi məğlub olmadı:
Traktor Təbriz 0 - 0 Sepahan
Cənubi Azərbaycan komandası son 4 oyundur, uduzmur. "Traktor"un ölkə çempionatında növbəti oyunu martın 16-da 5-ci yerdəki "Qol Qohar"a qarşı olacaq.
© Copyright 2026, All Rights Reserved