DÇ-2026: Türkiyənin pley-off bileti “cibində hazır”
90plus.az xəbər verir ki, Dünya Çempionatının Avropa zonası üzrə Seçmə oyunları çərçivəsində keçirilən qarşılaşmada Türkiyə öz meydanında Bolqarıstanı 2:0 hesabı ilə məğlub edib.
Bursa Timsah Arenada baş tutan oyunda ay-ulduzluların qollarını Hakan Çalhanoğlu və Çernev (öz qapısına) vurub:
Türkiyə 2 - 0 Bolqarıstan
H. Çalhanoğlu 18' (P)
A. Chernev 84' (ö.q)
Qollar:
https://t.me/doxsanplus/110685
https://t.me/doxsanplus/110693
Qələbə sayəsində xallarını 12-yə yüksəldən Türkiyə Dünya Çempionatına vəsiqə uğrunda pley-off oynamaq hüququ qazanıb. Bolqarıstan isə keçirdiyi 5 oyunun heç birində xal əldə edə bilməyib.
Qeyd: Türkiyə qrup 1-cisi olmaq üçün son turda İspaniyaya minimum 7 top fərqi ilə qalib gəlməlidir.
İspaniya ilk 5 oyunu qol buraxmadan tamamlayıb.
© Copyright 2026, All Rights Reserved