Türkiyədə maraqlı hadisə - Meydana 7 nəfərlə çıxdılar
“Yeni Malatyaspor” 7 futbolçu ilə meydana çıxdı, “İsbaş İsparta 32 FK” ilə oyun ləğv olundu.
90plus.az xəbər verir ki, 2-ci Liqa Qırmızı Qrupun 12-ci turunda keçirilməsi planlaşdırılan “Yeni Malatyaspor” – “İsbaş İsparta 32 FK” qarşılaşması baş tutmayıb. Səbəb isə meydan sahibi komandanın kifayət qədər futbolçu ilə oyuna çıxmaması olub.
Matçın startı ərəfəsində “Yeni Malatyaspor” cəmi 7 futbolçu ilə meydana çıxıb. Hakim Əhməd Resuloğlu komandanın minimal oyunçu tələblərini qarşılamadığını müəyyən edərək görüşü ləğv etmək qərarı verib.
Qeyd: “Yeni Malatyaspor” ötən həftə səfərdə “Adanaspor”la oynanılacaq matça da yetərli futbolçu olmadığı üçün qatılmamışdı.
Bu hadisələrin yaşanmasına səbəb futbolçuların maaşlarını uzun zamandır ki, almamasıdır.
© Copyright 2026, All Rights Reserved