Tomas Tuxel Bellingemi və daha 2 ulduzu milliyə çağırmadı!
Tomas Tuxel Bellinqem, Foden və Qrilişi İngiltərə yığmasına çağırmadı.
90plus.az xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel oktyabr toplanışı üçün açıqladığı heyətlə futbol ictimaiyyətində böyük müzakirə yaradıb. Alman mütəxəssis “Real Madrid”in ulduzu Cud Bellinqem, eləcə də “Mançester Siti”nin aparıcı oyunçuları Fil Foden və Cek Qrilişi yığmaya dəvət etməyib.
Bu qərar media nümayəndələrinin suallarına səbəb olub. Daily Mail yazır ki, mətbuat konfransında jurnalistlər Tuxeldən Bellinqemin yığmaya çağırılmamasının səbəbini soruşublar:
❓Jurnalist: “Cud Bellinqemi milliyə dəvət etməmisiniz. Amma ən kreativ futbolçularsız dünya çempionatının qalibi olmaq mümkün deyil.”
🎙 Tomas Tuxel: “Nə ilə təsdiqləyə bilərsiniz? Sübutunuz var?”
❓Jurnalist: “Kreativ oyunçularsız şansınızın daha az olması ilə razı deyilsiniz?”
🎙 Tuxel: “Sübutunuz var? Millinin ötən toplanışındakı uğuru sayılmır? Ən yaxşı toplanışımız idi. Heyəti əvvəlki kimi saxladım.”
❓Jurnalist: “Serbiyaya qarşı bir yaxşı oyun (5:0) Bellinqemə dəvət göndərməmək üçün bəs edir?”
🎙 Tuxel: “Hazırda bəli. Bu, kifayət edir. İngiltərə millisini çalışdırdığım dönəmdə ən yaxşı toplanışımızı keçirdik. Həmin heyəti niyə dəyişməliyəm ki?”
Tuxelin bu cavabları sosial mediada birmənalı qarşılanmayıb. Bir çox azarkeşlər Bellinqemin yığmadan kənarda qalmasını ədalətsiz qərar kimi qiymətləndirir, bəziləri isə Tuxelin sabit heyət prinsipinə sadiqliyini dəstəkləyir.
© Copyright 2026, All Rights Reserved