UEFA bu iki klubu Konfrans Liqasına buraxmadı
UEFA iki klubun Konfrans Liqasına qatılmasına icazə vermədi.
90plus.az xəbər verir ki, UEFA çoxsaylı klub sahibliyi ilə bağlı araşdırmaların nəticəsində İrlandiyanın “Droqeda Yunayted” və Slovakiyanın “Dunayska Streda” klublarının 2024/25 mövsümündə UEFA Konfrans Liqasında iştirakına qadağa qoydu.
UEFA-nın Klub Maliyyə Nəzarət Komitəsi (“CFCB”) Macarıstanın “Dyori ETO” və Slovakiyanın “Dunayska Streda”, eləcə də İrlandiyanın “Droqeda Yunayted” və Danimarkanın “Silkeborq” klubları ilə bağlı çoxsaylı klub sahibliyi məsələsini araşdıraraq qərarını açıqlayıb.
Komitə müəyyən edib ki, “Dyori ETO” və “Dunayska Streda” UEFA-nın çoxsaylı klub mülkiyyəti qaydalarını pozublar. Bu səbəbdən “Dyori ETO”nun 2025/26 mövsümündə Konfrans Liqasına qatılması təsdiqlənsə də, “Dunayska Streda”nın iştirakı rədd olunub.
Digər tərəfdən, “Silkeborq”un iştirakına icazə verilsə də, “Droqeda Yunayted”in turnirdə iştirakı qəbul edilməyib.
CFCB həmçinin Fransanın “Olimpik Lion” və İngiltərənin “Kristal Pelas” klublarının da daxil olduğu çoxsaylı klub sahibliyi məsələsini hələlik təxirə salıb. Bu qərarın səbəbi isə “Olimpik Lion”un UEFA ilə maliyyə dayanıqlılığı qaydalarını pozduğuna görə imzaladığı uzlaşma müqaviləsinə əməl etməsi ilə bağlıdır.
Uzlaşmanın bir hissəsi kimi, “Olimpik Lion”un Fransa II Liqasına düşməsi təsdiqlənəcəyi halda, 2025/26 mövsümündə UEFA turnirlərindən uzaqlaşdırılacağı qeyd olunub.
Xatırlatma: Fransadakı peşəkar klubların maliyyə nəzarətini həyata keçirən Milli İdarəetmə Nəzarət Departamenti 500 milyon avronu keçən borca görə “Olimpik Lion”u maliyyə tələblərini yerinə yetirmədiyinə və kifayət qədər təminat təqdim etmədiyinə görə aşağı liqaya göndərmək qərarı verib.
© Copyright 2026, All Rights Reserved