UEFA "Sabah"ın bolqar rəqibini cəzalandırdı
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”ın rəqibi olan Bolqarıstanın “Levski” (Sofiya) klubu cərimələnib.
90plus.az xəbər verir ki, paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə baş tutan ilk qarşılaşmada (0:0) baş verən hadisələrə görə maliyyə itkisinə məruz qalıb.
Sofiya təmsilçisi ictimai keçidlərin bağlanması səbəbilə 14 min avro məbləğində cərimə ödəyəcək. Həmçinin, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və meydana müxtəlif əşyalar atması səbəbindən əlavə olaraq 6 min avro cərimə tətbiq olunub.
Xatırlatma: “Sabah” bu komandaya qarşı ilk oyunu avqustun 7-də səfərdə, cavab qarşılaşmasını isə avqustun 14-də Bakıda keçirəcək.
© Copyright 2026, All Rights Reserved