UFC-Bakı: Tofiq Musayev uduzdu!
UFC-Bakıda: Tofiq Musayevdən uğursuz debüt, Sadıxovdan tarixi qələbə!
90plus.az xəbər verir ki, “Mütləq Döyüş Çempionatı”nın (UFC) ilk dəfə Bakıda təşkil etdiyi turnirdə azərbaycanlı döyüşçülərdən biri qələbə, digəri isə məğlubiyyətlə yadda qalıb.
Yüngül çəkidə keçirilən görüşdə təcrübəli döyüşçümüz Tofiq Musayev Qırğızıstan təmsilçisi Mıktıbek Orolbai ilə qarşılaşıb. Döyüş gözləniləndən qısa çəkib — Musayev ilk raundda rəqibinə təslim olub və UFC-dəki ilk qarşılaşmasında məğlubiyyətlə üzləşib.
Əvəzində, azərbaycanlı azarkeşlər digər təmsilçimiz Nazim Sadıxovun çıxışından sevincli ayrılıblar. Əsas kartda yer alan Sadıxov braziliyalı Nikolas Mottanı nokaut edərək həm qələbə qazandı, həm də UFC-nin Bakıdakı turnirində nokautla qalib gələn ilk azərbaycanlı kimi tarixə düşdü.
Qeyd: Turnirin əsas döyüşündə isə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri qarşı-qarşıya gələcəklər.
Digər azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev isə çilili İqnasio Bahamondesə qarşı döyüşəcək.
© Copyright 2026, All Rights Reserved