UFC-Bakı: Nazim Sadıxov nokautla uddu!
Nazim Sadıxov Bakıda UFC turnirində tarixi qələbə qazandı.
90plus.az xəbər verir ki, Bakıda təşkil olunan “UFC Fight Night” gecəsində Azərbaycan təmsilçisi Nazim Sadıxov yadda qalan çıxışı ilə diqqət mərkəzinə düşüb.
Əsas kartda döyüşən ilk azərbaycanlı UFC döyüşçüsü olan Sadıxov braziliyalı Nikolas Mottaya qarşı rinqə çıxıb və rəqibini nokautla məğlub etməyə nail olub. Bu nəticə ilə Nazim həm rəqibinə qarşı üstünlüyünü sübut etdi, həm də UFC-nin Bakıdakı ilk turnirində nokautla qalib gələn ilk azərbaycanlı kimi tarixə düşdü.
Döyüş: https://t.me/doxsanplus/104372
VİDEO: https://t.me/doxsanplus/104367
Sadıxovun bu qələbəsi yerli azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb və onun UFC karyerasında önəmli mərhələ kimi qiymətləndirilir.
Nazim Sadıxov qələbəni belə qeyd edir:
https://t.me/doxsanplus/104370
© Copyright 2026, All Rights Reserved