Uilyams Bilbaoda qalmasının səbəbini söylədi
22 yaşlı ispan vinger Niko Uilyams "Atletik Bilbao"ya niyə sadiq qalması haqda danışıb.
90plus.az xəbər verir ki, tanınmış futbolçu kluba sevgisini ifadə edib:
"Klubun içində qurduğumuz bu münasibət inanılmazdır. Bu atmosferi mən heç vaxt başqa yerdə tapyacağam. Buna görə də qalmağa qərar verdim. Doğru olduğunu düşündüyüm qərarı verdim. Xoşbəxtəm və əlimdən gələni etməyə çalışıram."
Qeyd: Uilyamsın müqaviləsi 2024-cü ildə başa çatırdı və mediada onun adı "Aston Villa", "Barselona", "Liverpul" və "Real Madrid" kimi div klublarla hallanırdı. Amma Uilyams 1 dekabr 2023-cü ildə 2027-ci ilə qədər davam edən yeni müqavilə bağlamışdı.
📰: Givemesport
© Copyright 2026, All Rights Reserved