Ukrayna millisində itki
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Azərbaycanla qarşılaşacaq Ukrayna millisi daha bir itki ilə üzləşib.
90plus.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının rəsmi saytının yaydığı məlumata görə, müdafiəçi Aleksandr Timçik zədə səbəbindən qarşıdakı oyunlarda iştirak edə bilməyəcək.
Kiyev “Dinamo”sunun oyunçusu heyətdən kənarlaşdırılıb.
Qeyd: bundan əvvəl yarımmüdafiəçilər Viktor Sıqankov və Oleksandr Zubkov da zədə səbəbilə yığmanın düşərgəsini tərk etmişdilər.
Xatırlatma: Ukrayna yığması D qrupunda 10 oktyabrda Reykyavikdə İslandiya, 13 oktyabrda isə Krakovda Azərbaycan millisi ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved